İsveçdən Quran açıqlaması:
    • 3-07-2023, 18:31
    • 311

İsveçdən Quran açıqlaması: "Bu, bizim imicimizə xələl gətirir"

"İsveçdə Qurani-Kərimin yandırılması ölkəmizin yaxşı imicini pisə çevirə bilər".

News24.az xəbər verir ki, bunu açıqlamasında İsveçin xarici işlər naziri Tobias Billström deyib.

O bildirib ki, İsveç öz reputasiyasını xilas etmək üçün mübarizə aparır: "İsveç islamofob kimi göstərilməyə davam edərsə, onun yaxşı imici pisləşəcək. İsveçin NATO-ya üzvlüyünün təsdiqi prosesində hansı nəticələrin olacağını proqnozlaşdırmaq çətindir. Bununla belə, hökumətin də ifadə azadlığını müdafiə etməsi vacibdir". 

İsveç Xarici İşlər Nazirliyi də hadisə ilə bağlı bəyanat yayıb. Yayılan bəyanatda Quranın yandırılmasını pislənib və qeyd olunub ki, ayrı-ayrı fərdlərin islamafob davranışları İsveç hökumətinin mövqeyini əks etdirmir. Eyni zamanda bəyanatda Quran və digər müqəddəs kitabların yandırılması açıq-aşkar təxribat kimi qiymətləndirilib. 

Xatırladaq ki, İsveçin paytaxtı Stokholmda İraq əsilli Salvan Momika iyunun 28-də Stokholm məscidinin qarşısında Quranı yandırıb. 

Qumral