“Mali” restoranındakı yanğın söndürüldü
    • 26-07-2023, 11:48
    • 109

“Mali” restoranındakı yanğın söndürüldü

Bakıda restoranda baş verən yanğın söndürülüb.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə zamanı “Mali” restoranında iki kvadratmetr sahədə dam örtüyü yanıb.

11:04

Bakıda restoran yanır.

News24.az xəbər verir ki, Nərimanov rayonu ərazisində yerləşən “Mali” restoranında yanğın baş verməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat daxil olub.

Hazırda yanğınsöndürənlər hadisə yerinə cəlb edilib.