Azərbaycan Premyer Liqasının XIX turunda futbolşumuz ağır zədələnib
    • 2-03-2019, 18:39
    • 1 339

Azərbaycan Premyer Liqasının XIX turunda futbolşumuz ağır zədələnib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura start verilib.

News24.Az bildirir ki, açılış oyununda "Səbail" "Sumqayıt"ı qəbul edib. "Bayıl Arena"da keçirilmiş görüşdə hesab açılmayıb. Matç "Səbail" üçün erkən əvəzləmə ilə başlayıb. 1-ci dəqiqədə Vüqar Bəybalayev top uğrunda hava mübarizəsi zamanı Adil Nağıyevin dirsək zərbəsinə tuş gəlib. Nəticədə ağır zədələnən Bəybalayev meydanı xərəkdə tərk edib.
Görüşü Azərbaycan millisinin yeni baş məşqçisi Nikola Yurçeviç köməkçisi Arif Əsədovla birgə izləyib.
Qolsuz heç-heçə nəticəsində xallarını 31-ə çatdıran "Səbail" 3-cü pillədə qalıb. "Sumqayıt" isə qış fasiləsindən sonra ilk dəfə xal qazanmağı bacarıb. 16 xala malik "gənclik şəhəri" təmsilçisi "Keşlə" ilə bərabərləşsə də, şəxsi oyunlardakı üstün olmaması səbəbindən sonuncu pillədə qalıb.
Qeyd edək ki, turun növbəti oyunu "Neftçi" və "Sabah" arasında keçiriləcək. "Bakcell Arena"da təşkil olunacaq qarşılaşma saat 18:30-da başlanacaq. Tura martın 3-də "Zirə" - "Qəbələ" və "Keşlə" - "Qarabağ" oyunları ilə yekun vurulacaq.