Bütün xəstəxanalarda elektron sistem çökdü- VİDEO
    • 26-07-2023, 12:59
    • 1 033

Bütün xəstəxanalarda elektron sistem çökdü- VİDEO

TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzdə onlayn xidmət sisteminin çökməsi ilə bağlı xəbər vermişdik

Məsələ ilə bağlı Kliniki Tibbi Mərkəzin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Aqşin Ağayev News24.az-a bildirdi ki, çökən sistem İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin elektron sistemidir. 

Onun sözlərinə görə, bu sistem bütün xəstəxanalarda çöküb. 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə əlaqə saxladıq. Qurumun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Aynurə Əhmədova bildirdi ki, buna TƏBİB cavabdehdir.

Aydan