Tibbi sığorta haqları aprelin 1-dən tutulacaq?
    • 29-03-2020, 14:35
    • 1 372

Tibbi sığorta haqları aprelin 1-dən tutulacaq?

Xəbər verdiyimiz kimi, cari ilin aprelin 1-dən ölkədə icbari tibbi sığorta haqlarının toplanılması prosesinə başlanılacaqdı. “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişikliyə görə, artıq İcbari Tibbi Sığortanın ölkə üzrə mərhələli tətbiqi məsələsinin vaxtları dəyişib. Belə ki, dəyişikliyə əsasən,  mərhələli şəkildə tətbiq 2020- ci ildə yekunlaşdırılmalı olsa da,  yeni təklifə əsasən bu müddət 2021- ci ilə dəyişdirilməsi nəzərdə tutulur.

Bu məqamda İcbari Tibbi Sığorta Agentliyi aprelin 1-dən yığılmalı olan icbari tibbi sığorta haqlarının da tarixinin dəyişdirilməsini təklif edir.

News24.az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Aynurə Əhmədova “Qafqazinfo” ya bildirib ki, “Tibbi sığorta haqqında” qanuna icbari tibbi sığorta haqları ilə bağlı dəyişiklik edilməsi müzakirə edilir.  İcbari tibbi sığorta haqlarının toplanılmasına və müştərək maliyyələşmə məbləğinin 1 aprel tarixindən tətbiqinə dəyişiklik edilməsi təklif olunur”.

 Qeyd edək ki, tibbi sığorta haqlarının nə zaman yığılacağı ilə bağlı məsələ  Milli Məclisdə müzakirələrdən sonra məlum olacaq.