Yanacaqdoldurma məntəqəsində güclü partlayış - VİDEO
    • 26-07-2023, 13:54
    • 143

Yanacaqdoldurma məntəqəsində güclü partlayış - VİDEO

Qazaxıstanın Ekibastuz şəhərində yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib və nəticədə 4 çən yanıb.

News24.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Departamenti məlumat yayıb.

Yanğın ərzaq mağazasına keçib və yanğının qonşu tikililərə keçməsi təhlükəsi var. Özəl sektorun evləri qəza yerindən 100 metr aralıda yolun kənarında yerləşir.

Hazırda yanğının söndürülməsinə 20 əməkdaş və 7 texnika cəlb olunub.