Polis əməkdaşı qonşusunu öldürdü
    • 26-07-2023, 14:35
    • 265

Polis əməkdaşı qonşusunu öldürdü

Türkiyədə polis məmuru Mahmut Y. mübahisə etdiyi qonşusu Hamdi Öteni güllələyib.

News24.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə səhər saatlarında Kilisdə baş verib. 

Mübahisəyə səbəb qonşusunun avtomobili saxlaması olub. 

Mübahisə böyüdükcə, Mahmut Y. əlindəki silahla Ötenə atəş açıb.

Yaralı xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb. Mahmut Y. iş yoldaşları tərəfindən saxlanılaraq, polis bölməsinə aparılıb. Hadisə ilə bağlı araşdırmalar davam edir. 

Nərmin Murad