Bakıda bir neçə restoranda nöqsanlar aşkarlandı - SİYAHI
    • 26-07-2023, 17:34
    • 254

Bakıda bir neçə restoranda nöqsanlar aşkarlandı - SİYAHI

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 7 ticarət müəssisəsi, o cümlədən 9 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 9 müəssisədə nöqsanlar müəyyən olunub.

Agentlikdən News24.az-a verilən məlumata görə, bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 3, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 8, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 6, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq ilə bağlı 1 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.

Monitorinq nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:


Sahibkarlıq subyektiÜnvanAşkar olunan nöqsanlar
Ticarət obyektləri
1"Gəncə" marketGəncə şəhəri, Müseyib Bağırov küçəsi1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
İctimai iaşə müəssisələri
2"Manqal Dönər" restoranıNizami rayonu, R.Rüstəmov küçəsi, ev 291. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3"Xan Qızı" restoranıNizami rayonu, B.Çobanzadə küçəsi, ev 51. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
4"Papaq meydan" kafesiYasamal rayonu, Ş.Qurbanov küçəsi, ev 23A1. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
5"Star" restoranıBinəqədi rayonu, S.S.Axundov küçəsi, ev 8B1. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
6"Kənd Qəbələ" kafesiBinəqədi rayonu, S.S.Axundov küçəsi, ev 71.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2. Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
3. Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq
7"Masallı hotel" restoranıMasallı şəhəri, H.Əliyev prospektiObliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
8"Qızılgül" restoranıMasallı şəhəri, H.Əliyev prospekti1. Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
2. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
9Həsənov Xoşbəxt Allahverən oğluna məxsus yeməkxanaMasallı şəhəri, 20 Yanvar küçəsiBaytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu