Kərkük-Bakı aviareysi açılacaq
    • 26-07-2023, 17:58
    • 201

Kərkük-Bakı aviareysi açılacaq

2023-cü il avqustun 1-dən "İraq Hava Yolları" Kərkük-Bakı-Kərkük marşrutu üzrə birbaşa uçuşlara başlayacaq.

News24.az xəbər verir ki, bu barədə Azərbaycanın İraqdaki müvəqqəti işlər vəkili Nəsir Məmmədov oz "Twitter" hesabında paylaşım edib.

Qeyd olunub ki, növbəti reyslərin Bağdad, Ərbil və Bəsrə şəhərlərindən olacağı gözlənilir.