Bakının bir sıra yollarında tıxac yarandı
    • 27-07-2023, 08:45
    • 215

Bakının bir sıra yollarında tıxac yarandı

Bakının bir sıra yollarında tıxac yaranıb.

News24.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;

2. Binəqədi şosesi, "Azadlıq Prospekti" metrostansiyası istiqamətində;

3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;

4. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində sıxlıq müşahidə olunur.