-
- Bu gün, 14:44
- 174
Şimali Koreyalıların nəcis savaşı: Bir-birinin evindən oğurlayırlar
Şimali Koreyada tətbiq edilməsi mümkün olmayan qaydalardan biri illik nəcis kvotasıdır.
News24.az xəbər verir ki, insanlar yaz mövsümü ərəfəsində gübrə hazırlamaq üçün hökumətin inanılmaz yüksək yığım kvotasını yerinə yetirməyə çalışırlar.
Belə ki, cərimələrdən yayınmaq üçün böyüklər yanvarın 20-dək nəcisin kod adı olan 500 kiloqram “kompost” bağışlamalıdırlar. Bu miqdar orta insanın bir ildə çəkdiyi 142 kiloqramdan xeyli çoxdur. Alverçilər də qara bazarda nəcis alıb satmaqla sərvət qazana bilirlər.
İnsanlar hətta ictimai tualetlərdən və bir-birlərinin evlərindən nəcis oğurlamağa cəhd edirlər.
Onu da qeyd edək ki, təsərrüfat tərəfindən toplanan nəcisə quru ot və saman qatılaraq gübrəyə çevrilir.
Eyni zamanda, hər il Şimali Koreyalılardan ianələrini yaxınlıqdakı təsərrüfatlara aparmaları və doldurulmuş kompost sertifikatını iş yerlərinə və ya məktəblərinə çatdırmaları tələb olunur.
Bundan sonra şirkət və ya məktəb bütün ianə sənədlərini toplayır və onları rəhbərlərinə bildirir.
Günel Məlikzadə