-
- 27-07-2023, 09:29
- 228
44 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürdü
Bakıda 44 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb, araşdırma aparılır.
Bu barədə News24.az-a Baş prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Belə ki, iyulun 26-ı saat 17 radələrində Suraxanı rayonu, Bülbülə qəsəbə sakini 1979-cu il təvəllüdlü Asəf Nəsrullayev yaşadığı evin yaxınlığında elektrik naqilini təmir edərkən cərəyan vurması nəticəsində ölüb.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda araşdırma aparılır.