“Azərişıq”-ın əməkdaşını elektrik cərəyanı vuraraq öldürdü
    • 16-08-2021, 09:55
    • 650

“Azərişıq”-ın əməkdaşını elektrik cərəyanı vuraraq öldürdü

Avqustun 14-ü saat 11 radələrində Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində bir nəfər şəxsin elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Binıqıdi Rayon prokurorluğundan News24.az-a verilən məlumata görə, ilkin araşdırmalarla müəyyən edilib ki, “Azərişıq” ASC-nin Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin İstismar Şöbəsinin elektrik-montyoru Mütafil Məmmədov qeyd edilən ərazidə elektrik dirəyinə çıxaraq elektrik xəttində təmir işləri görən zaman elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.