-
- 27-07-2023, 11:28
- 264
Mediasiya ilə bağlı şikayətlər qeydə alınmayıb
Cari ilin ilk 6 ayı ərzində mediasiya ilə bağlı Ombudsmana şikayətlər qeydə alınmayıb. Əvvəlki illərdə qeyd olunan sahə ilə əlaqədar Ombudsmana ünvanlanmış şikayətlər əsas etibarı ilə mediatorlar tərəfindən etik davranış normalarının pozulması, mediasiya sessiyası zamanı tərəflərin hüquq bərabərliyinin təmin olunmaması, mediasiya sessiyası barədə bildirişin təqdim edilməməsi və sənədləşmə prosesindəki nöqsanlarla bağlı olub.
News24.az xəbər verir ki, bunu Mediasiya islahatları sahəsində qanunvericiliyin təkminləşdirilməsi ilə əlaqədar Nazirlər Kabinetinin 29 dekabr 2022-ci il tarixli, 30590 nömrəli dərkənarı ilə aidiyyəti qurumlara ünvanlanan məktubun icrası üzrə təkliflərin müzakirəsinə həsr edilmiş ilkin müzakirə zamanı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.
O, şikayətlərlə əlaqədar Ombudsman tərəfindən Mediasiya Şurasına ünvanlanmış müraciətlər əsasında operativ araşdırmalar aparıldığını, pozuntu müəyyən edildiyi hallarda onların aradan qaldırılmasının təmin edildiyini qeyd edib: "Ombudsman Aparatı və Mediasiya Şurası arasında sıx əməkdaşlıq mövcuddur".
Nərmin Murad