Ombudsman Aparatına daxil olan müraciətlərin sayı açıqlandı
    • 26-07-2022, 10:29
    • 311

Ombudsman Aparatına daxil olan müraciətlərin sayı açıqlandı

"Ötən il insan hüquqlarının pozulması halları ilə bağlı Ombudsman Aparatına 1532 müraciət daxil olub".

News24.az xəbər verir ki, bu barədə Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

Onun sözlərinə görə, şikayətlər dərhal nəzarətə götürülüb və onlardan 582-si üzrə aidiyyəti qurumlara müraciət edilib:

"İcraya qəbul edilən müraciətlərin 26 faizinin icrası təmin edilib. Şikayətlərin məzmunu daha çox əmək haqlarının ödənilməsi, yaxud gecikdirilməsi, istehsalat qəzalarına verilən müavinətlərin gecikməsi, hamiləliyə görə, əmək müqaviləsi olmadan işdən çıxarmalar və vətəndaşın pensiya yaşına az qalmış onun işdən azad edilməsi ilə bağlıdır".