İranda son bir ayda qətlə yetirilən qadınların - Statistikası
    • 27-07-2023, 12:02
    • 193

İranda son bir ayda qətlə yetirilən qadınların - Statistikası

İranda son bir ayda qadınların qətl və intihar statistikası açıqlanıb.

News24.az xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb. İranda qadınların namus üstündə qətlə yetirilməsi və intiharları elə bir adi hala çevrilib ki, adətən ciddi şəkildə araşdırılmır, bu cinayətlərin qatilləri isə qısamüddətli həbs cəzalarından sonra azadlığa buraxılır. 

Hazırkı statistikaya əsasən, son bir ay ərzində qadınların 65%-i ərləri, 10%-i qardaşları, 8%-i ataları və 5,5%-i oğulları, 11%-i isə ailənin digər kişi üzvləri tərəfindən qətlə yetirilib. 

İntihar edən qadınların statistikasını isə kiçik yaşlarında məcburi şəkildə ərə verilən azyaşlı qızlar təşkil edir. 

Qeyd edək ki, İranda son 2 il ərzində ən azı 165 qadın öldürülüb.