-
- 27-07-2023, 14:14
- 201
Stoltenberq: Rusiya insanları aclıqla hədələyir...
“Rusiya aclığı silah halına gətirməkdən əl çəkməlidir”.
News24.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.
NATO-Ukrayna Şurası Qara dəniz regionunda ciddi təhlükəsizlik vəziyyətini həll etmək üçün toplaşıb.
NATO açıqlamasında Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsündən çıxması şiddətlə pislənilib. Bildirilib ki, dünyada yüz milyonlarla insanın Ukrayna taxılına ehtiyacı var.
NATO birləşib “Biz Qara dənizdəki müttəfiqlərimizlə həmrəyik və bir-birimizi qorumağa və Ukraynanı dəstəkləməyə davam edəcəyik”,- deyə vurğulayıb.
“Rusiya Qara dəniz regionunda təhlükəli və gərginləşən hərəkətlərə görə tam məsuliyyət daşıyır. Rusiya aclıqdan silah kimi istifadə etməyi buraxmalıdır. Və dünyanın ən həssas insanlarını ərzaq qeyri-sabitliyi ilə hədələməkdən əl çəkməlidir. Rusiyanın hərəkətləri NATO üçün strateji əhəmiyyət kəsb edən Qara dəniz regionunun sabitliyi üçün də ciddi risklər yaradır. Müttəfiqlər Ukraynaya dəstəyi və sayıqlığı artırırlar. Biz Müttəfiq ərazisinin hər qarışını istənilən hücumdan müdafiə etməyə hazırıq”, - baş katib deyib.
Arzu