Bu tarixdə NATO-Ukrayna Şurasının açılışı olacaq
    • 11-07-2023, 11:52
    • 227

Bu tarixdə NATO-Ukrayna Şurasının açılışı olacaq

NATO-Ukrayna Şurası tərəflər arasında siyasi bağların gücləndirilməsi məqsədi daşıyır.

News24.az xəbər verir ki, bunu NATO Baş Katibi Yens Stoltenberq Vilnüsdə NATO İctimai Forumunda çıxışında deyib.

O, NATO-Ukrayna Şurasının açılışının sabah olacağını qeyd edib:

“Bu yeni orqan olacaq və bizim - Ukraynanın və bütün NATO müttəfiqlərinin bərabər tərəflər kimi görüşünü təmin edəcək. Şura qərarlar qəbul edə bilər”, - Stoltenberq deyib./report/