Məşhur aktrisanın ölüm səbəbi məlum oldu
    • 27-07-2023, 14:39
    • 435

Məşhur aktrisanın ölüm səbəbi məlum oldu

Məşhur aktrisa Nina Drobışeva vəfat edib.

News24.az xarici mətbuata istinadən xəbər verir ki, o, uzun sürən xəstəlik səbəbindən dünyasını dəyişib.

Onunla vidalaşma tarixi hələ müəyyən edilməyib.

Qeyd edək ki, Nina Drobışeva 21 iyul 1939-cu ildə Leninqradda anadan olub. Leninqrad Gənc Tamaşaçılar Teatrında studiyanı bitirib, burada 1958-ci ildə səhnə karyerasına başlayıb.