-
- 27-07-2023, 17:46
- 959
Ağ un əvəzinə seçə biləcəyiniz sağlam un növləri
Bildiyimiz kimi ağ un insan sağlamlığına ziyandır. Problem ağ unun alındığı taxılda deyil, istehsal üsulu və son məhsul olan ağ undadır. Ağ un təmizləmə prosesləri ilə istehsal olunur. Bu proseslər zamanı buğda dənəsinin vitamin və minerallarla zəngin olan rüşeym hissəsi (toxum pulpası) və onun qoruyucu qalxanı kəpək ayrılır. Buğdanın çəkisinin dörddə üçünü təşkil edən və "endosperm" kimi tanınan və lif, vitamin və mineral baxımından zəif olan nişasta-karbohidratla zəngin hissədir. Bəs ağ unu nə ilə əvəz edə bilərik?
News24.az xəbər verir ki, ağ unun əvəzinə istifadə edə biləcəyiniz bir çox sağlam un növü var.
Yulaf unu xüsusilə pəhriz saxlayan insanların ən çox seçdiyi unlardan biridir. Tərkibində həm yaxşı lif mənbəyi olan yulaf, həm də yüksək protein var. Səhər yeməyi qarışıqları, peçenye və tortlarda istifadə edilən yulaf unu südlü desertləri qatılaşdırmaq üçün də istifadə edilə bilər.
Uzun müddət tox saxlamaq xüsusiyyətinə malik olan qarabaşaq ununda yüksək protein və vitaminlər var.
Gluten allergiyası olanların üstünlük verdiyi noxud ununu da evdə asanlıqla hazırlaya bilərsiniz.
Ağ una alternativ olaraq istifadə edilə bilən badam unu yüksək qida dəyəri sayəsində LDL xolesterini və qan təzyiqini balanslaşdırmağa kömək edir.
Aydan