Qrip sürətlə yayılır, ÜST xəbərdarlıq etdi
Sağlamlıq
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) mutasiyaya uğramış H3N2 qrip virusu ilə bağlı xəbərdarlıq edib.
News24.az-ın məlumatına görə, ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus "X" sosial media platformasında paylaşım edərək bir çox ölkədə mutasiyaya uğramış qrip kimi tanınan H3N2 virusunun yeni variantının sürətlə yayıldığını bildirib.
Qebreyesus qeyd edib ki, hazırda Şimal yarımkürəsində mövsümi qrip dövrü davam edir və qlobal qrip aktivliyi normal səviyyədə qalsa da, avqust ayından etibarən bir sıra ölkələrdə H3N2 qrip virusunun “K alt sinfi” adlanan növündə sürətli artım müşahidə olunub.
ÜST rəhbəri xüsusilə risk qrupuna daxil olan şəxslər və onlara qulluq edənlər üçün peyvəndlərin həyati əhəmiyyət daşıdığını vurğulayıb.