Ərbildə hərbi helikopter qəzaya uğrayıb.
    • 27-07-2023, 17:53
    • 183

Ərbildə hərbi helikopter qəzaya uğrayıb.

İraqın Ərbil şəhərində hərbi helikopterin texniki nasazlıq səbəbindən qəzaya uğradığı bildirilib.

News24.az xəbər verir ki, hadisə ilə bağlı nə koalisiya qüvvələri, nə də İraq Kürd Regional Rəhbərliyi (KRG) tərəfindən heç bir açıqlama verilməyib.

Yerli mətbuatın məlumatına görə, ABŞ-ın başçılıq etdiyi terror təşkilatı DEAŞ-a qarşı koalisiyaya məxsus hərbi helikopter Ərbilin Gver rayonunda qəzaya uğrayıb.

İlk məlumata görə, təlim zamanı helikopterin texniki nasazlıq səbəbindən qəzaya uğradığı, tələfat olmadığı qeyd edilib.

Aydan