Niger ordusu üsyançıları dəstəkləyib
    • 27-07-2023, 17:55
    • 154

Niger ordusu üsyançıları dəstəkləyib

Niger silahlı qüvvələrinin baş qərargahı bildirib ki, ölkə prezidenti Məhəmməd Bazumun istefasını   elan edən üsyançıların hərəkətlərini dəstəkləyir.

News24.az xəbər verir ki, bu barədə ölkənin Baş Qərargahı məlumat yayıb. 

Qeyd olunur ki, “istənilən kənar müdaxilə ölkədə fəlakətli nəticələrə və xaosa səbəb olacaq”.

Baş Qərargah ordunu diqqətini terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə qarşıya qoyulan vəzifələrin icrasına yönəltməyə çağırıb.  

Arzu