Çevriliş cəhdi fəlakətli nəticələrə səbəb olacaq - Minskdən HƏDƏ
    • 21-06-2023, 13:26
    • 190

Çevriliş cəhdi fəlakətli nəticələrə səbəb olacaq - Minskdən HƏDƏ

Belarusda xarici təlim keçmiş silahlıların köməyi ilə çevriliş təşkil etmək cəhdləri onun təşkilatçıları və icraçıları üçün “fəlakətli nəticələrə” gətirib çıxaracaq. 

News24.az xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz məlumat verib.

“Bu, sirr deyil, məlum faktdır, üstəlik, biz bu barədə şəxsən və ətraflı bilirik. Bu məlumat ictimai sahədə, o cümlədən “Euronews” telekanalında idi. Biz bu barədə dəfələrlə danışmışıq, Polşa tərəfinin diqqətini buna cəlb etmişik, lakin onların izahatları tənqidə tab gətirmir”, - deyə Qlaz bildirib.

O vurğulayıb ki, Belarus belə hərəkətləri cinayət və məsuliyyətsizlik hesab edir: “Şübhə etmirik ki, bu cinayət planlarını həyata keçirməyə cəhd edilərsə, bunun səbəbkarları və təşkilatçıları üçün nəticələri çox fəlakətli olacaq”.

Akqabay