Brejnevin abidəsi söküldü
    • 27-07-2023, 22:44
    • 244

Brejnevin abidəsi söküldü

Ukraynanın Kamenskoye şəhərində Sov.İKP MK-nın baş katibi, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Leonid İliç Brejnevin abidəsi sökülüb.

News24.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. 

"SSRİ-nin keçmiş lideri, Leonid Brejnevin büstü mərkəzi Svoboda prospektindən götürülüb ", - məlumatda deyilir.

Bildirilir ki, abidənin Şəhər Tarixi Muzeyinə verilməsi planlaşdırılır.

Qeyd edə ki, Kiyev Şəhər Şurasının deputatları mayın 25-də keçiriləcək iclasda Brejnevin "Kiyevin fəxri vətəndaşı" adından məhrum edilməsi barədə qərara baxacaqlarını bildirmişdilər.

Günəş Mərd