Xəzərdə batma təhlükəsi ilə üzləşən dörd nəfər xilas olundu
    • 27-07-2023, 23:19
    • 166

Xəzərdə batma təhlükəsi ilə üzləşən dörd nəfər xilas olundu

Xəzər dənizində batma təhlükəsi ilə üzləşən dörd nəfər xilas olunub.

News24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Mərdəkan” və “Zuğulba-3” sularda xilasetmə məntəqələrindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub.