Azərbaycanda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib, ölən var
    • 19-05-2024, 11:41
    • 180

Azərbaycanda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib, ölən var


Tovuzda 3 nəfər  dəm qazından zəhərlənib.

News24.az "Unikal"a istinadla xəbər verir ki, hadisə rayonun Əlibəyli kəndində qeydə alınıb. Kənd sakinləri 1970-cı il təvəllüdlü Gülşən Əmrahova, onun  oğlu 2000-ci il təvəllüdlü Əmrah Əmrahov və gəlini 2004-ci il təvəllüdlü Aysun Əmrahova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Müayinə zamanı Gülşən Əhmədovanın öldüyü məlum olub, digər iki nəfərin isə vəziyyətinin orta ağır olduğu bildirilir.