Naxçıvanda vəzifəli şəxslər İŞDƏN ÇIXARILDI
    • 28-07-2023, 10:56
    • 203

Naxçıvanda vəzifəli şəxslər İŞDƏN ÇIXARILDI

Naxçıvan Muxtar Respublikasında bir neçə vəzifəli şəxs işdən çıxarılıb.

News24.az xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidovun müvafiq sərəncamları ilə Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsinin rəisi, Naxçıvan Yaşıllaşdırma Xidmətinin və Naxçıvan Şəhər Ticarət və Xidmət Departamentinin direktorları, Naxçıvan “Sukanalizasiya” İdarəsinin müdiri vəzifələrindən azad edilib.

M.Seyidovun digər sərəncamları ilə Qurbanov Arzu Heydər oğlu Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsinin rəisi, Seyidov Zəka Alim oğlu Naxçıvan Yaşıllaşdırma Xidmətinin direktoru, Vəliyev Əli Vəli oğlu Naxçıvan Şəhər Ticarət və Xidmət Departamentinin direktoru, Mustafayev Mustafa Vəli oğlu Naxçıvan “Sukanalizasiya” İdarəsinin müdiri təyin olunub.