"Bu müqavilə Azərbaycan və Türkiyə münasibətlərində böyük uğurdur" - Hərbi ekspert
    • 28-07-2023, 13:58
    • 311

"Bu müqavilə Azərbaycan və Türkiyə münasibətlərində böyük uğurdur" - Hərbi ekspert

"Ötən gün IDEF'23 sərgisində Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyə Aerokosmik Sənayesi (TUSAŞ) arasında “SU-25 Modernləşdirmə Layihəsi Müqaviləsinin İmzalanma Mərasimi” keçirildi. Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi əlaqələri günü-gündən artır. Bu Azərbaycan və Türkiyə münasibətlərində böyük uğurdur".


Bu sözləri News24.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev dedi.


O, bildirdi ki, Azərbaycan ordusunda olan silahların modernləşdirilməsi həmişə və fasiləsiz həyata keçirilir: 


"Təbii ki, müharibə zamanı intensiv şəkildə istifadə olunan "Su-25" təyyarələrinin imkanlarının  artırılması da Azərbaycan üçün çox vacib  və zəruri addımlardan biri idi. Əvəllər modernləşdirmə işlərini başqa ölkələrdə həyata keçirirdik. Artıq bundan sonra həm proqram təminatı, həm idarə olunan sursatlar, həm də digər aviasiya vasitələrinin ehtiyat hissələrinin bir neçəsi türkiyəli mütəxəssislər tərəfindən modernləşdiriləcək. Bu da tamamilə Azərbaycan və Türkiyə arasında olan münasibətlərin ruhuna uyğun addımlardır".


Ekspert onu da qeyd etdi ki, imzalanmış müqavilə Türkiyənin TUBİTAK SAGE müdafiə müəssisələri tərəfindən hazırlanan "qanadlı tuşlama dəsti" (kanadlı güdüm kiti)  adlı sursatlar  Azərbaycan Hərbi Hava Qüvvələri Komandanlığının inventarında olan təyyarələrə inteqrasiyası və avionik modernləşdirmə fəaliyyətlərinin həyata keçirməsi məqsədi daşıyır.


Aydan