Mirmahmud Mirəlioğluya 30 gün vaxt verildi
    • 28-07-2023, 14:22
    • 413

Mirmahmud Mirəlioğluya 30 gün vaxt verildi

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) qeydiyyata alınmayıb.

News24.az xəbər verir ki, bu barədə partiya sədri Mirmahmud Mirəlioğlu bildirib:

"Siyasi Partiyalar Haqqında Qanuna" uyğun olaraq, 20 gün əvvəl - (07.07.2023 cü il), Ədliyyə Nazirliyinə təqdim etdiyimiz, Klassik Xalq Cəbhəsi Partiyası üzvlərinin reyestrinin 11 günlük yoxlaması başa çatıb.

Dünən - (27.07.2023 cü il), saat 19 radələrində Ədliyyə Nazirliyindən yoxlamanın başa çatdığı bildirilib.
Bu gün - 28.07.2023 cü ildə, rəsmi cavab səlahiyyətli nümayəndəmizə təqdim olunub.

..."Bildirir ki, 5418 üzvü əhatə edən reyestrdə 4819 nəfər barədə məlumatlar (adı, soyadı, ata adı, doğulduğu tarix) düzgün göstərilmədiyindən onlar tərəfinizdən dəqiqləşdirilməlidir.
Reyestrdəki eyniləşdirilmiş şəxslərin sırasından 26 nəfərin başqa partiyanın üzvü olduğu, 64 şəxsin öldüyü və 3 şəxs barədə məlumatların təkrarlandığı aşkar olunub.

Eyni zamanda reyestrdə adları qeyd olunmuş şəxslərlə əlaqə saxlanılarkən onlardan 141 - i Klassik Xalq Cəbhəsi Partiyasının üzvü olmadıqlarını bildirilib.

Həmçinin qeyd edirik ki, 1 telefon nömrəsi 18 partiya üzvünə münasibətdə əlaqə telefon nömrəsi kimi göstərilib".

Qanunun 30.2-ci maddəsinə əsasən, çatışmazlıqların aradan qaldırılması üçün 30 gün müddətində aradan qaldırılması zəruriliyi nəzərimizə çatdırılıb.

Çatışmazlıqların aradan qaldırılması üçün müvafiq yazılı məlumatdan sonra, bir daha əlavə açıqlama olacaq”./bakupost/