Bakını və bakılıları sevən Ani Lorak "Diva"sı ilə heyran etdi - FOTO - VİDEO
    • 4-03-2019, 10:57
    • 890

Bakını və bakılıları sevən Ani Lorak "Diva"sı ilə heyran etdi - FOTO - VİDEO

Ukraynanın xalq artisti Ani Lorak növbəti dəfə Bakıda möhtəşəm solo konsert proqramı ilə çıxış edib.  

News24.Az xəbər verir ki, Bakı Konqres Mərkəzində "Diva" adlı şousunda hit mahnılarını ifa edən Lorak performansı ilə tamaşaçıları heyran edib. Konsert boyu müğənni tamaşaçılarla ünsiyyətə girib: hər kəs ulduza qoşularaq, onunla birgə mahnılarını ifa və rəqs ediblər.

Ani Lorak səhnədə etiraflar edib. O, bildirib ki, Bakını və bakılıları çox sevir. 

Ukraynalı ulduzun konsertindən video və foto görüntüləri təqdim edirik:

Yeganə RZAXANOVA