Riyad Mahrez Ərəbistan komandasına transfer oldu
    • 28-07-2023, 17:21
    • 373

Riyad Mahrez Ərəbistan komandasına transfer oldu

“Mançester Siti”nin 32 yaşlı əlcəzairli futbolçu Riyad Mahrez Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubu ilə 4 illik müqavilə bağlayıb.

News24.az xəbər verir ki, Ərəbistan komandası rəsmi sosial media hesabında transferi təsdiqləyib.

Xatırladaq ki, 32 yaşlı ulduz futbolçu ötən mövsüm “Mançester Siti”nin heyətində 47 oyunda 15 qol vurub, 13 məhsuldar ötürmə edib. İngiltərə təmsilçisi ilə 5 mövsümdə ümumilikdə 236 matça çıxan əlcəzairli futbolçu 78 qol vurub, 59 məhsuldar ötürmə edib.

Nərmin Murad