Oğuzda 6 yaşlı uşağı avtomobil vurdu
    • 29-07-2023, 00:20
    • 241

Oğuzda 6 yaşlı uşağı avtomobil vurdu

Oğuz rayonunda azyaşlını avtomobil vurub.

News24.az-ın məlumatına görə, bu barədə Şimal-qərb bürosuna DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Qeyd olunub ki, dünən saat 23 radələrində Oğuz rayonunun Qumlaq kəndi ərazisində Valeh Şərifov idarə etdiyi “QAZ-3110” markalı avtomobillə piyada, 2017-ci il təvəllüdlü A. Abbasovu vurub.

Azyaşlı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.