Göyçayda avtomobil 8 yaşlı uşağı vuraraq öldürdü
    • 2-11-2022, 15:38
    • 210

Göyçayda avtomobil 8 yaşlı uşağı vuraraq öldürdü

Göyçayda avtomobil 8 yaşlı uşağı vuraraq öldürüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, Elçin Hüseynov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Göyçay şəhəri ərazisində hərəkətdə olarkən yolu keçən piyada, 2014-cü il təvəllüdlü N.Qurbanzadəni vurub. Xəstəxanaya yerləşdirilən azyaşlı orada ölüb.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.