-
- 29-07-2023, 12:00
- 275
Uşaqlar arasında virus: "Sayı Sürətlə Artır"
Xəbər verdiyimiz kimi son zamanlar uşaqlar arasında dəri-zöhrəvi xəstəliklərin rastgəlmə tezliyində artım müşahidə edirik.
Bu barədə türk həkimləri də bir müddət öncə həyacan təbili çalıblar. Bu, uşaqlar arasında sürətlə yayılan, əldə ayaqda və ağızda müşayiət olunan xəstəlikdir. Əlamətlər isə xəstəliyin daha da irəliləməsinə gətirib çıxarır.
“Koksaki virus A16” və “enterovirus 71” adlı iki virusun ötürülməsi nəticəsində yaranan əl, ayaq və ağız xəstəliyi böyüklərı də təsir edə bilər, lakin xüsusilə kiçik uşaqlar arasında yayılır.
Bəs, bu infeksion xəstəlik necə yayılır? Uşaqları infeksiyadan qorumaq mümkündür?
Mövzu ilə bağlı News24.az-a danışan pediatr Aytən İsmayılzadə bildirib ki, yaz-yay aylarında yayılan və epidemiyaya səbəb olan xəstəlik uşaqlar arasında geniş yayılıb.
“Bu səbəbdən bu mövsüm xəstəliklərin daha çox yayıldığı bir dövrdür. Bu il isə sayı bir qədər artıb. Sözügedən viral xəstəlik ölkəmizdə hər zaman rastlaşdığımız və pandemiya yaratması gözlənilməyən infeksiyalardan biri olaraq bilinir. Yay aylarında daha çox yayılması müşahidə edilir”.
Həkimin sözlərinə görə, xəstəlik özünü daha çox qızdırma, qusma və ishal əlamətləri ilə göstərir. Ciddi bir xəstəlik deyil: “qızılca, məxmərək və kabakulak kimi uşaqlıq peyvəndlərinin edildiyi cəmiyyətlərdə ən çox rast gəlinən səpki xəstəliklərindən biridir. Xəstəliyin inkubasiya dövrü 3-4 gündür, səpkilər görünməzdən əvvəl, yoluxuculuq başlayır.Yoluxduqdan sonra ağızda, əl və ayaqların arxasında kiçik qırmızı və irinli şəklidə səpki şəklində özünü göstərir. Dildə, damaqda və diş ətində səpki yoxdur, lakin ağızda xora lezyonları (sızanağa bənzər) kimi aşkar edilir. Ağızda və dəridə səpkilər ağrılıdır. Səpkilər yayıldıqdan sonra qızdırma düşür. Gigiyena və təmizlik qaydalarına əməl olunarsa, əl, Ayaq və Ağız Xəstəlikləri riski azalır. Uşaq xəstədirsə, zədələr quruyana qədər uşaq bağçasına və ya kursa göndərilməməlidir. Yoluxma riski olan yerlər uşaq meydançaları, parklar, hovuz kimi ərazilərdə diqqətli olmaq lazımdır”.
Arzu