Elmar Vəliyevə qarşı sui-qəsdin iştirakçılarından daha biri məhv edilib - FOTOLAR
    • 25-07-2018, 14:51
    • 863

Elmar Vəliyevə qarşı sui-qəsdin iştirakçılarından daha biri məhv edilib - FOTOLAR

Elmar Vəliyevə qarşı sui-qəsddə iştirak edən şəxslərdən biri məhv edilib.

Yunis Səfərovla birlikdə Gəncə Şəhər İcra Başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törətmək planlarını hazırlamış, Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürmə və dövlət xadiminin həyatına sui-qəsd etmə maddələrinə görə axtarışda olan, Gəncə şəhər sakini Sərxani Ağa Hüseyn oğlu silahli müqavimət göstərdiyinə görə məhv edilib. 

Müəyyən edilmişdir ki, o , 2016-cı ildə Suriya ərazisində silahlı birləşmələrin tərkibində döyüş təlimi keçib, mütəmadi olaraq İrana səfərlər edib.

//APA