Masallıda yoldaşını öldürməkdə şübhəli bilinən şəxs intihara cəhd etdi
    • 30-07-2023, 19:45
    • 249

Masallıda yoldaşını öldürməkdə şübhəli bilinən şəxs intihara cəhd etdi

Bu gün 18:30 radələrində Masallı rayonu Təklə kəndində evlərin birində 1979-cu il Məmmədova İlkanə Müseyib qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub

DİN-in mətbuat xidmətinin regional qrupundan News24.az-a  bildirilib ki, cinayət hadisəsini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1976-cı il təvəllüdlü Məmmədov Yalçın Habil oğlu daha sonra özünə kəsici alətlə xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib. 

İlkin məlumata görə hadisə qısqanclıq zəminində baş verib. 

Araşdırma aparılır.

Leyla SƏMƏNDƏR