-
- 4-03-2019, 13:24
- 863
BP Azərbaycanda 118 minlik layihəyə dəstək verdi
BP Azərbaycanda tələbələr arasında keçirilən innovativ texnologiya və biznes ideyalarının və startapların təşviqinə yönəlmiş müsabiqəyə dəstək verib.
BP-dən News24.Az-a verilən məlumata görə, innovativ texnosahibkarlıq konsepsiyalarının və layihələrinin inkişafına dəstək olaraq hər il Bakı Mühəndislik Universitetinin təşkilatçılığı ilə “Yeni Fikir” startap müsabiqəsi keçirilir. Bu, 6-cı müsabiqədir və iki əsas məqsəd daşıyır – a) yeni ideyaların və layihələrin formalaşması və inkişafı; və b) mövcud startapların güclənməsi və təkmilləşməsi. Müsabiqədə beş ən yaxşı ideya və layihə seçilərək qalib elan ediləcək və bu qalib komandalar xüsusi hazırlanmış inkubasiya və akselerasiya proqramları vasitəsilə BP-nin maliyyə dəstəyini almağa davam edəcək və öz startaplarını uğurlu sahibkarlıq imkanlarına doğru inkişaf etdirəcək. Bu gün Bakıda keçirilmiş müsabiqənin açılış mərasimində çıxış edən BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli dedi: “Azərbaycanda BP-nin təhsil layihələrinin əsas məqsədlərindən biri ölkənin gələcəyi üçün güclü intellektual kapitalın yaradılmasına yardım etməkdir. Gözlənilir ki, 400-dən çox iştirakçı arasından təxminən 150 startap müraciət edəcək. Yeni startapların və innovativ ideyaların cəlb olunmasına çalışmaqla yanaşı biz həmçinin mövcud uğurlu layihələrin daha da inkişaf etməsinə və öz səylərini kommersiyalaşdırmasına yardım edəcəyik. Bu məqsədlə xüsusi təlim proqramlarının keçirilməsi planlaşdırılır ki, bu proqramlar da startap komandalarının yeni yaradılmış İnkubasiya və Akselerasiya Mərkəzində birgə işləməsinə və öz innovativ konsepsiyalarını və layihələrini reallaşdırmaları üçün metodoloji əsaslandırılmış araşdırmaların və digər fəaliyyətlərin necə həyata keçiriləcəyini öyrənməsinə yardım edəcək.” Layihənin dəyəri təxminən 118 000 AZN təşkil edir və layihənin müddəti səkkiz aydır.
Nigar MƏMMƏDLİ