Növbəli iş rejimi sinir sisteminə mənfi təsir göstərir
    • 31-07-2023, 13:33
    • 212

Növbəli iş rejimi sinir sisteminə mənfi təsir göstərir

Növbəli iş qrafikində çalışan insanların sinir sistemi həddindən artıq yüklənir. 

News24.az xəbər verir ki, bunu psixoterapevt Vladimir Fainzilberg deyib. 

 O bildirib ki, belə iş rejimində çalışan insanlar sirkadiyalı bioritmləri pozublar. Onlar yuxuya getməkdə çətinlik çəkirlər. 

“Bu psixikaya çox mənfi təsir edir, yuxu pozğunluğuna, əhval-ruhiyyə ilə bağlı problemlərə, iştahsızlığa səbəb olur. Əslində insanlar ağır iş rejiminə görə kompensasiya almalıdırlar. Çoxlarının istirahəti yoxdur. Bu da gücü balanslaşdıra bilmir. Fiziki fəaliyyət, kurort və sanatoriya müalicəsi, səs imitasiya altında yatmaqla pozulmuş ritmlərin nəticələri ilə mübarizə apara bilərsiniz”.
 
Arzu