Medvedev hədələdi:
    • 31-07-2023, 15:56
    • 221

Medvedev hədələdi: "Dünya nüvə alovlarına"..

“Ukraynanın NATO ilə birlikdə keçirdiyi hücum uğurlu olsa, biz nüvə silahından istifadə etməli olacağıq”. 

News24.az xəbər verir ki,  bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

O, bu barədə Ukraynanın Moskvaya pilotsuz təyyarələrlə hücumundan sonra münasibət bildirərkən danışıb.

“Təsəvvür edin ki, NATO ilə birlikdə həyata keçirilən hücum uğurlu alındı və torpaqlarımızın bir hissəsi işğal olundu. O zaman biz Rusiya prezidentinin fərmanının müdəalarına uyğun olaraq nüvə silahından istifadə etməli olacağıq. Başqa çarə yoxdur. Düşmənlərimiz dua etsin ki, dünya nüvə alovlarına bürünməsin”,- o deyib. 
 
Arzu