-
- 4-10-2022, 14:59
- 390
Rusiya nüvə silahını Qara dənizdən atacaq - Tayms
NATO bildirib ki, Rusiya Ukrayna ilə sərhəddə nüvə sınaqları keçirə bilər. Beləliklə, Moskva “kütləvi qırğın silahlarından istifadə etməyə hazır olduğunu" nümayiş etdirəcək.
News24.az xəbər verir ki, bu barədə Britaniyanın “The Times” nəşri müdafiə sahəsində yüksək vəzifəli mənbəyə istinadən yazıb.
NATO-nun yüksək rütbəli nümayəndəsinin sözlərinə görə, Putin nüvə silahından istifadə etmək istəsə, bunu Qara dənizdə həyata keçirəcək. Ekspertlər belə bir "nümayiş"i mümkün hesab edirlər. Onlar Rusiyanın Ukraynaya qarşı taktiki nüvə silahından istifadəsini istisna etmirlər.
Oktyabrın əvvəlində ABŞ Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi bildirib ki, Vaşinqton Rusiyanın Ukraynadakı münaqişədə nüvə silahından istifadə etməyə hazır olduğuna dair heç bir əlamət görmür. Bundan əlavə, Böyük Britaniyanın Müdafiə naziri Ben Uolles Rusiya Federasiyasının belə bir addım ata biləcəyinə şübhə ilə yanaşdığını bildirib.
Xatırladaq ki, Rusiyanın Müdafiə naziri Sergey Şoyqu və Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev daha əvvəl ölkənin özünü müdafiə üçün bütün silahlardan, o cümlədən nüvə silahından istifadəsinin mümkünlüyündən danışıblar./Bakupost.az/