Tanınmış milyarderin dəbdəbəli hotelinə həbs qoyuldu - FOTO
    • 31-07-2023, 17:14
    • 106

Tanınmış milyarderin dəbdəbəli hotelinə həbs qoyuldu - FOTO

Çexiyanın Maliyyə Təhlili Departamenti rusiyalı milyarder Vladimir Yevtuşenkovun şirkətlərinin hesablarını bloklayıb və onun Karlovı Varıdakı beşulduzlu “Savoy Westend” hotelini ələ keçirib.

News24.az xəbər verir ki, bu barədə CT24 telekanalı məlumat yayıb.

Qeyd olunur ki, iş adamına qarşı iyunun sonunda müəyyən edilmiş Çexiya sanksiyaları belə qüvvəyə minib.

Mənbənin məlumatına görə, respublika hökuməti Yevtuşenkovun 100 milyon çex kronu (təxminən 4,59 milyon dollar) məbləğində əmlakına həbs qoyub. 

Telekanalın məlumatına görə, iş adamının Karlovı Varıdakı ümumi əmlakı 500 milyon çex kronu (təxminən 23 milyon dollar) dəyərində qiymətləndirilir.

Akqabay