-
- Bu gün, 16:46
- 137
Saakaşvilinin "fətva"sı verildi: Əfv olunsa da, həbsdə qalacaq
Gürcüstan prezidenti Salome Zurabişvili Mixail Saakaşvilini həbsdən azad edə bilməz.
News24.az Publika.az-a istinadla xəbər verir ki, bunu “İmedi” telekanalına müsahibəsində Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
Gürcüstan hökumətinin başçısının sözlərinə görə, Zurabişvili Saakaşvilini əfv etsə belə, o, hələ də istintaq təcridxanasında qalacaq: "Müvafiq olaraq, Salome Zurabişvilinin Mixail Saakaşvilini əfv etməsinin praktiki əhəmiyyəti yoxdur”.
Xatırladaq ki, Salome Zurabişvilinin səlahiyyət müddəti ilin sonunda başa çatır. Gürcüstan hakimiyyəti artıq bu il prezident seçəcəklərini açıqlayıb.