-
- 25-07-2018, 15:38
- 2 590
"Röyanın elə şeylərin görmüşəm, necə ona ulduz kimi baxım?" - Natavan Həbibi
Müğənni Natavan Həbibi həmkarı əməkdar artist Röya Ayxan haqda açıqlama verib.
O, "W-Trio" qrupu dağılsa belə keçmiş üzvlərin heç vaxt bir-birinə qarşı çıxa bilməyəcəyini deyib:
"Röya bizimlə üz-üzə gələ bilməz axı. Biz üz-üzə gələ bilmərik. Ümumiyyətlə, Vaqif Gərayzadənin yanında çalışanlar nə qədər yola getməsək də, münasibətimiz olmasa da, bir-birimizə qarşı çıxmarıq. Jurnalistin başa düşmədiyi zarafatı qalmaqal tərəfdən təqdim etməsi, bizi sadəcə güldürdü. Onun özünə də izah etdik bunu. “Bu” sözünün zarafatı “W-trio”dan çıxmış bir zarafatdır. Bizim illər öncə aramızda söz-söhbət yaranmışdı ki, gəlin bir-birimizə “xanımla” müraciət edək. Röyanın Nigar Camala efirdə “bu” kəlməsinə görə dediyi sözü eşidəndə, biz güldük.
Biz də Röyanın sözünü götürüb, atdıq. Bunu qalmaqal anladılar. Dedilər söz atdılar. Əslində dördümüzün arasında, hətta bütün Gərayzadə tələbələrinin - 65 nəfərin içində bu zarafat mövcud idi. Röyaya baxıb güldük, illərimizi yada saldıq.
Çəkilişdə də təsadüfən yadımıza düşdü. Uşaqlıqdan bir yerdə olan insanlarıq. Nə qədər zarafatımız var, bir yerdə çalışmışıq. Kimsə bilmir, qalmaqal kimi təqdim edilir. Bizdə bu durum bəsiddir artıq. Əslində jurnalistlər qalmaqalı bizə yapışdıraraq, barışıq söhbətini qaçırdıblar.
Biz üçümüz həmin müsahibədə Röyaya tərəf idik. İndi hərə öz ailəsi ilə məşğuldur. Bizim Röya ilə qalmaqal etməyə vaxtımız yoxdur".
N.Həbibi hazırda R.Ayxanla olan münasibətindən də danışıb:
"Biz bir-birimizdən uzaq düşmüşük. Bizə "qalmaqal" damğası vuruldu. Bu gün Röya ilə elə dalaşıb, sabah mesajlaşa bilərik ki... Həmin söhbətdən sonra biz yazışdıq da. İllərdir münasibətimizi mediaya başa sala bilmirik.
İnsanlar üçün Röya, Natavan, Elnarə ulduz ola bilər. Biz bir-birimiz üçün ulduz ola bilmərik. Röya mənim üçün ulduz deyil. Uşaqlıqdan bir-birimizin paltarını geyinən, bir yorğanın altında yatan, yeyib-içdiyini bölüşən insanlarıq.
Röyanın elə şeylərin görmüşəm, necə ona ulduz kimi baxım? Eləcə də o, bizə. Bunları tam izah edə bilmirəm. İllərlə görüşməyə bilərik. Eşidəndə Röya məndən nəsə dedi, yazıram özünə ki, “az, ağıllı ol”. Ya da mənim dilimdən nəsə yazılanda, Röya mənə yazır. İzah edirəm, qayıdır ki, "kef elə". Bizim münasibətlərimiz hazırda belədir".
//Axşam.az