AMB vətəndaşlara SMS-lə cavab verəcək

AMB vətəndaşlara SMS-lə cavab verəcək
İQTİSADİYYAT

Baxış: 480 \ Tarix: 1-08-2023, 10:47

Mətn ölçüsü

Azərbaycan Mərkəzi Bankı (AMB) bundan sonra kağız daşıyıcı vasitəsilə daxil olan müraciətlərdə vətəndaşın mobil nömrəsi qeyd olunarsa, həmin müraciətlərin qeydiyyatı və cavablandırılması barədə müraciət sahibinə SMS-bildiriş göndərəcək.

News24.az bu barədə AMB-yə istinadən xəbər verir.

Xatırladaq ki, indiyə qədər yalnız elektron müraciət edən vətəndaşların elektron poçt ünvanlarına və mobil telefon nömrələrinə müraciətlərinin qeydiyyatı barədə bildirişlər göndərilirdi.