-
- 1-08-2023, 12:28
- 232
“Gördükləriniz yalnız aysberqin görünən hissəsidir” - Əmirbəyov
“İsraillə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir və gözlənildiyi kimi, bundan sonra da inkişaf edəcək”.
News24.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Jewish News Syndicate” (JNS) nəşrinə müsahibəsində deyib.
“Bu gün biz ikitərəfli münasibətlərimizin zirvəsindəyik. Bu dostluğu və əməkdaşlığı dərinləşdirmək və genişləndirmək niyyətindəyik”, - o vurğulayıb.
“Bu əlaqələrdə gördükləriniz yalnız aysberqin görünən hissəsidir”, - E.Əmirbəyov əlavə edib.
E.Əmirbəyov qeyd edib ki, iki ölkə arasında dostluq əlaqələrinə həm Azərbaycanın yerli yəhudi əhalisi, həm də İsraildəki Azərbaycan icması töhfə verir.
Onun sözlərinə görə, bu gün Azərbaycanda 25-30 minə yaxın yəhudi yaşayır və Azərbaycandan 10 minlərlə yəhudi İsrailə mühacirət etsə də, ölkə ilə sıx əlaqələrini davam etdirir: “Yəhudi əhali ölkələrimizi birləşdirən və bu əlaqələri möhkəmləndirən canlı körpüdür. O, həmişə cəmiyyətimizin bir hissəsi, ona inteqrasiya olunmuş dinamik icma olub. Buna görə də təsadüfi deyil ki, Azərbaycanda heç vaxt antisemitizm halları baş verməyib”.
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərin bərpasında israilli iş adamlarının daha fəal iştirakına, eləcə də investisiyaların artırılmasına ümid bəsləyir: “Biz İsrail biznesinin Azərbaycanda daha fəal təmsil olunmasını istəyirik”.
O qeyd edib ki, Azərbaycan-İsrail, Azərbaycan-Türkiyə əlaqələri ölkələr arasında yaxşı münasibətlər məsələsində nümunədir: “Beləliklə, Azərbaycan da İsraillə Türkiyə arasında əlaqələrin yaxşılaşdırılması istiqamətində çalışır. Onlar arasında yaxşı münasibətləri bərpası üçün indiyə qədər heç bir iş görülməsəydi, əlbəttə ki, çox təəccüblənərdim”. (Report)