Zibillik içində “üzən” Nübar qəsəbəsinın sakinləri... - VİDEO
    • 1-08-2023, 18:11
    • 384

Zibillik içində “üzən” Nübar qəsəbəsinın sakinləri... - VİDEO

Abşeron rayonu Nübar qəsəbəsində yaşayan 100-dən artıq ailə zibil içində "üzür". Məişət tullantıları daşınmaq əvəzinə yerində yandırılır və insanları tüstüyə boğurlar.

News24.az xəbər verir ki, bu problemlə aylardır üz-üzə qalan sakinlərin dərdi təkcə bununla bitmir. Uzun illərdir ki, yolun bərbad vəziyyətə düşməsindən şikayətçi düşən sakinlər deyir ki, bu yol onların ağciyərlərini qara günə salıb. Amma Nübar qəsəbəsində yaşayan sakinlərin şikayəti öz həllini tapmır ki, tapmır.

Üstəlik, sahibsiz itlərin əlindən ərazidən keçib evlərinə belə gedə bilmirlər. Nəhayət problem həllini tapır. Necə və hansı formada bunu ətraflı videomaterialda tanış ola bilərsiniz.  

Müxbir: Zümrüd Tahirqızı
Video: Əli Cəfərov