-
- 2-08-2023, 11:16
- 462
Məhkəmə AQTA rəhbərinin qardaşının şirkəti ilə bağlı qərarını AÇIQLADI
Bakı Kommersiya Məhkəməsində "Mecc" MMC-nin "6-cı mərtəbə" müstəqil şirkətinə qarşı iddia üzrə məhkəmə iclası başa çatıb.
News24.az Pravda.az-a istinadla xəbər verir ki, hakim Emin Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, icraata xitam verilib. Bildirilib ki, şirkətlər arasında barışıq sazişi bağlanıb.
Qeyd edək ki, "Mecc" MMC "6-cı mərtəbə" müstəqil şirkətini məhkəməyə verərək podrat müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.
"6-cı mərtəbə” müstəqil şirkəti "Şərq Bazarı”nın yenidən qurulmasında əsas şirkətlərdən olub. Bir müddət əvvəl mətbuatda yayılan məlumatlarda bildirilir ki, bazarın bərpasında iştirak etmiş subpodratçı şirkətlər - "MV Group” MMC, "MECC” MMC və "İdea Yapı” MMC "6-cı Mərtəbə”dən şikayətçidirlər, çünki müqavilə öhdəlikləri yerinə yetirilməyib, pulları ödənilməyib. "MECC” MMC "6-ci mərtəbə” şirkətinin ona borclu olduğunu iddia edir. Bir müddət əvvəl şirkətin direktor köməkçisi Salman Salmanzadə keçirdiyi mətbuat konfransında bildirmişdi ki, "6-cı mərtəbə” MMC-nin onlara 1 milyon 400 min manatdan artıq borcu var. Salman Salmanzadənin sözlərinə görə, dəfələrlər "6-cı mərtəbə”nin rəhbərliyinə müraciət edilsə də, nəticəsi olmayıb. "Şərq Bazarı” kompleksinin bərpa və yenidənqurma işlərində subpodratçı olan "MV Group” MMC və "İdea Yapı” MMC də "6-cı mərtəbə” MMC-nin onlara borclu olduğunu bildirir.
Xatırladaq ki, "6-cı mərtəbə” MMC 9 may 1994-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN-dir. MMC-nin qanuni təmsilçisi Nəbiyev Yunis Nəbi oğludur. Şirkətin prezidenti isə Atəş Təhməzovdur. O, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin qardaşıdır.