Trampı gözləyən həbs cəzası açıqlandı - ÖMÜRLÜK
    • 2-08-2023, 16:44
    • 497

Trampı gözləyən həbs cəzası açıqlandı - ÖMÜRLÜK

ABŞ-ın keçmiş prezidenti Donald Tramp üç maddə üzrə təqsirli bilinərsə, 600 ilədək həbs cəzası ala bilər. 
 
News24.az
xəbər verir ki, bu barədə “The Washington Times” qəzeti yazır.
  
“Florida, Nyu-York və Kolumbiya dairəsindəki üç cinayət ittihamının bütün 78 maddəsinə maksimum 600 il həbs cəzası verilir. Tramp təqsirli bilinərsə, belə bir həbs müddətini çəkməli olacaq”.
 
Qeyd edək ki, iyunun əvvəlində Trampa qarşı ittiham irəli sürülüb, ona görə 20 il həbs nəzərdə tutulub. Maddələrdən biri miqrasiya sənədlərinin saxlanmasına aiddir.
 
Mart ayında Manhettendə böyük münsiflər heyəti keçmiş prezidenti biznes fırıldaqçılığı ilə ittiham etdi.
 
ABŞ-ın keçmiş prezidenti həm də 2021-ci il yanvarın 6-da Kapitoliyə hücuma səbəb olan 2020-ci il seçkilərinin nəticələrini ləğv etməyə cəhddə ittiham olunur. 
 
Məlumata görə, dörd ittiham irəli sürülüb. prokurorluq Trampı sürətləndirilmiş prosedurla mühakimə etmək istəyir.
 
Arzu