-
- 4-03-2019, 20:00
- 3 166
Azərbaycanda cərrahların aylıq gəlirləri: 20-100 min AZN
Bakı Ağır Cinayətlər Məhkəməsində dərman vasitələrinin qanunsuz dövriyyəsi və qaçaqmalçılıqda təqsirləndirilən xarici ölkə vətəndaşı Ateş Atanur, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin sabiq rəisi Fikrət Qədiməliyev, Cəmil Mehtiyev, Əlamət Quliyev, Anar Məmmədov, Vasif Xıdırov, Elnur Məmmədov və Fərman Məmmədlinin cinayət işi üzrə məhkəmə istintaqı davam edir. Ötən həftə keçirilən növbəti məhkəmə iclasında Mərkəzi Gömrük Hospitalının sabiq rəis müavini Fərman Məmmədlinin ifadəsi cəmiyyətdə böyük maraqla qarşılanıb.
Onun "Bizim dövrümüzdə Mərkəzi Gömrük Hospitalı maliyyə baxımından iki hissəyə bölünürdü: büdcədən maliyyələşən və təsərrüfat hesablı hissə” fikirləri, hospitalda çalışan həkimlərin 130-170 min AZN məvacib almasını deməsi ciddi rezonans doğurub. Sabiq rəis müavini bildirib ki, ən çox faiz və paket alan plastik cərrahlar olub və onların maaşı 170 min AZN idi.
Çıxışda diqqətçəkən əsas məqamlardan biri cərrahların aylıq gəlirləri ilə bağlıdır. Orta aylıq əmək haqqının 500 AZN olduğu bir dövrdə hansısa həkimin bu qədər gəlir əldə etməsi böyük suallar doğurur.
Son illər ölkəmizdə ən çox icra edilən cərrahiyyə əməliyyatlarından biri rinoplastika əməliyyatıdır (təbii burun cərrahiyyəsi). Bu əməliyyatın qiyməti klinikalardan asılı olaraq dəyişir. Ortalama qiymət 1500 AZN-dir. Süd vəzisinin böyüdülməsi isə 3000 AZN-dir.
Ürək əməliyyatları bahalı əməliyyatlar siyahısında yer alır. Ürəyin angioqrafiya müayinəsi 400 AZN, stend qoyulması (1 ədəd olarsa) 2 min AZN, açıq ürək əməliyyatı isə 8-10 min AZN-dir.
Ən ucuz və vətəndaşların ən çox üz tutduğu əməliyyatlar qasıq yırtığı, mədə-bağırsaq, öd kisəsi əməliyyatlarıdır. Qasıq yırtığı əməliyyatı 600 AZN, mədə-bağırsaq əməliyyatı 3000 AZN, öd kisəsi əməliyyatı 800 AZN-dir. Siyahını uzatmaq da olar...
Əldə etdiyimiz məlumata görə, özəl klinikalarda çalışan həkimlərin əksəriyyəti daxil olan ümumi məbləğin 40/60 faiz payına sahib olur. Nəzərə alanda ki, Azərbaycanda "işi yaxşı gedən” cərrahlar günə ortalama 2-3, ayda 50-60 əməliyyat edir, bu halda onların kifayət qədər böyük pullar qazandığı ortaya çıxır. Misal üçün plastik və ya LOR cərrah ayda 50 əməliyyat edir və hər bir əməliyyatdan 900 AZN gəlir edirsə, bu ay ər ərzində ortalama 45 min AZN gəlir deməkdir. Onların müayinə və tibbi göndəriş faizlərini də üstünə gəlsək, bu rəqəm 50 min AZN-ə çatdır. Plastik əməliyyat edən ccərrahlarda bu məbləğ 80-100, kardio-cərrahlarda isə bundan daha artıq məbləğ olur.
//AZXEBER